bazar 29 iyun 2025 - 10:35
Hər bir şəxs yaxud hər hansısa bir rejim Ali Rəhbəri və mərcəiyyəti təhdid edirsə həmin şəxs təhdid edilməlidir. İslam dövlətlərinin düşmənlə əməkdaşlıq etməsi isə haramdır.

Həzrət Ayətullah Məkarim Şirazi bəyan edib: Hər bir şəxs yaxud hər hansısa bir rejim İslam ümmətinə və onun hakimiyyətinə zərbə vurmaq məqsədilə Ali Rəhbəri və mərcəiyyəti təhdid edərsə yaxud (Allah eləməsin) onlara qarşı zorakılıq edərsə həmin şəxs təhdid edilməlidir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən Amerikanın cinayətkar Prezidenti və uşaqları qıran sionist rejiminin rəhbərləri tərəfindən Ali Rəhbər və şiə mərcəiyyətinə qarşı edilən təhdidlərdən sonra bir qrup möminlər Həzrət Ayətullah Məkarim Şirazidən bu təhdidlərə qarşı müsəlmanların vəzifələri barədə rəy soruşublar. Onların sualları və müctehidin verdiyi geniş cavab aşağıdakı kimidir:

Sual:

Allahın adıyla

Şiələrin böyük müctehidi Həzrət Ayətullah üzma Məkarəm Şirazinin (Allah kölgəsini davamlı etsin) hüzuruna səmimi salam və hörmətlə təqdim olunur.

Son günlərdə müşahidə edirik ki, Amerika Prezidenti və Sionist rejimin rəhbərləri dəfələrlə Ali Rəhbəri və bəzi alimləri, mərcəiyyətləri sui-qəsdlə hədələyirlər.

Sizdən xahiş edirik, buyurub bildirəsiniz ki, Dini mərcəiyyətin və İslam cəmiyyətinin rəhbərliyinə təhdidin hökmü nədir? Əgər Allah eləməsin bu hərəkət Amerika dövləti və ya başqa hər hansı bir şəxs tərəfindən həyata keçirilsə dünyadakı müsəlmanların vəzifəsi nədir?

Allah-Təala bütün Alimləri, mərcəiyyətləri və Ali Rəhbəri İmam Məhdinin (ə.f) himayəsində saxlasın və qorusun. Kafirlərin və din düşmənlərinin şərrini də uzaqlaşdırıb aradan qaldırsın.

Allahın salam və rəhməti üzərinizə olsun.
Mömin və müsəlmanlar tərəfindən.

Ali Müctehidin cavabı:

Bağışlayan və Mehriban Allahın adı ilə

Hər bir şəxs yaxud hər hansısa bir rejim İslam ümmətinə və onun hakimiyyətinə zərbə vurmaq məqsədilə Ali Rəhbəri və mərcəiyyəti təhdid edərsə yaxud (Allah eləməsin) onlara qarşı zorakılıq edərsə həmin şəxs təhdid edilməlidir.
Müsəlmanların ya İslam dövlətlərinin belə bir rejimlə hər cür əməkdaşlığı və onu gücləndirməsi üçün edilən yardımlar haramdır.
Bütün dünya müsəlmanlarının vəzifəsidir ki, bu düşmənləri sözləri və mövqeləri ilə peşman etsinlər. Əgər bu yolda əziyyət və ya zərər görsələr Allah yolunda cihad edənlərin savabına nail olarlar inşallah.

Allah-Təala İslam cəmiyyətini düşmənlərin şərindən qorusun və Həzrət İmam Mehdinin (ə.f) zühurunu tezləşdirsin.

Həmişə müvəffəq olasınız

29.06.2025

Hər bir şəxs yaxud hər hansısa bir rejim Ali Rəhbəri və mərcəiyyəti təhdid edirsə həmin şəxs təhdid edilməlidir. İslam dövlətlərinin düşmənlə əməkdaşlıq etməsi isə haramdır.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha